Qiymətləndirmə Monitorinq Konsaltinq
11 Dekabr, 2017, Bazar ertəsi 07:44
Fərdi hüquq xidmətləri

            “Əmlak Ekspert Mərkəzi”  aşağıdakı fərdi hüquq xidmətlərini göstərir : 

  • Daşınmaz əmlaka dair hüquqların müdafiəsi və məhkəmə müdafiəsindən istifadə;
  • Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və əmlakın sənədləşdirilməsi istiqamətində hüquqi yardım;
  • Qanunvericiliklə icazə verilən hallarda bütün dövlət və yerli özünüidarə orqanları və ya 3-cü şəxslər (hüquqi və ya fiziki) qarşısında nümayəndəlik və ya təmsilçilik;
  • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi;
  • Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili;
  • Nigahın pozulması və nigah pozulduqdan sonra yaranan əmlak mübahisələrinin həlli zamanı hüquqi yardım və təmsilçilik;
  • İstənilən sahə üzrə fəaliyyət göstərən təşkilat və ya müəssisələrin hüquqi baza ilə təmin olunması,
  • Müxtəlif sahələr üzrə müqavilələrin tərtib olunması, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
  • İddia ərizələrinin, yazılı müraciətlərin və şikayətlərin hazırlanması və tərtib edilməsində köməklik;
  • Təqdim edilən sənədlərin hüquqi ekspertizasının keçirilməsi və müvafiq rəyin (yazılı və ya şifahi) verilməsi;
  • Hüquq məsələləri ilə bağlı yazılı və ya şifahi konsultasiyaların verilməsi;
  • Əcnəbilər üçün Azərbaycan Respublikasında tələb olunan müxtəlif növ sənədlərin haırlanmasında köməklik göstərilməsi, müvəqqəti yaşayış üçün icazə, iş icazəsi, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması, yaşayış yeri üzrə qeydiyyat;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq xüsusi icazələrin (lisenziyaların) alınmasında hüquqi yardım;
  • Cinayət işləri;
  • İnzibati-iqtisadi işlər;
  • İnzibati xəta işləri.
AZN məzənnəsi
1 RUB  0.0287
1 EUR  2.0024
1 USD  1.7000
Development by Yusif