Qiymətləndirmə Monitorinq Konsaltinq
28 Aprel, 2017, Cümə 00:33
Korporativ hüquq xidmətləri

           “Əmlak Ekspert Mərkəzi”  aşağıdakı korporativ hüquq xidmətlərini göstərir :

  • Müəssisə və ya təşkilatın təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin yüksək ixtisaslı kompleks müşayiəti;
  • Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinə dair yazılı rəylərin verilməsi, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak, icra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi;
  • Xarici şəxslər və ya şirkətlərlə bağlanılacaq müqavilələrin tələb olunan xarici dildə tərtib olunması;
  • Müştərinin tələbinə uyğun olaraq qanunvericilik bazası (kağız və ya elektron formatlarda) ilə təminat;
  • İstənilən hüquqi məsələlərin operativ surətdə həlli;
  • Müəssisə və ya təşkilatın daxili sənədləşmə və kargüzarlıq işinin qanunauyğun şəkildə həyata keçirilməsinin müşayiət olunması;
  • Əmək müqavilələrinin hazırlanması və əmək hüququ üzrə konsultasiyaların verilməsi;
  • Müəssisə və ya təşkilatın hüquqi auditinin həyata keçirilməsi və nəticəsinə dair yazılı hesabatın verilməsi;
  • Müştərinin maraqlarının dövlət və ya məhkəmə orqanları, eyni zamanda 3-cü şəxslər qarşısında müdafiəsi.
AZN məzənnəsi
1 RUB  0.0299
1 EUR  1.8566
1 USD  1.7025
Development by Yusif