Qiymətləndirmə Monitorinq Konsaltinq
24 İyun, 2017, Şənbə 14:20
Daşınmaz əmlakın qiymətləndirilməsi

     “ƏMLAK EKSPERT MƏRKƏZİ” aşağıdakı daşınmaz əmlak növlərinin  qiymətləndirməsini həyata keçirir:

 

       1. Mənzillərin qiymətləndirilməsi;

      Hazırkı dövrdə yaşayış sahələri bazarı həyata keçirilən alqı-satqı sövdələşmələri nöqteyi-nəzərindən daha tutumludur. Mənzil almaq yaxud satmaq arzusunda olan hər bir insan, onun qiymətini bilməlidir. “ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin mütəxəssisləri bu məsələnin həllində Sizə kömək edə bilərlər. Bütün işlər diplomlu və sertifikatlı qiymətləndiricilər tərəfindən yerinə yetirilir.

     Mənzilin dəyərinin qiymətləndirilməsində bizim mütəxəssislər mənzilin yerləşməsini, metro stansiyasından uzaqlığını, evin tipini, mərtəbəliliyini, mənzilin vəziyyətini, telefonun olmasını və mənzilin dəyərinə təsir göstərən digər mühüm amilləri uçota alırlar.

     “ƏMLAK EKSPERT MƏRKƏZİ” aşağıdakı əməliyyatların yerinə yetirilməsi üçün mənzilin qiymətləndirilməsini təklif edir:

      · Alqı-satqı;

      · Girovun rəsmləşdirilməsi üçün mənzilin qiymətləndirilməsi;

      · Əmlakın bölünməsi;

      · Mənzilin nizamnamə kapitalına daxil edilməsi;

      · Vergiyə cəlbtemə məqsədi ilə mənzilin qiymətləndirilməsi;

      · Mənzilin sığortalanması;

      · Mənzilin miras kimi dəyərinin qiymətləndirilməsi.

     Mənzilin qiymətləndirilməsi aparılması üçün zəruri sənədlərin və məlumatların siyahısı:

        1. Hüququn (mülkiyyət, icarə) qeydiyyatı haqqında şəhadətnamə;

        2. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Çıxarışı;

        3. İzahatlar (şərhlər);

        4. Mənzildə yüklülüyün (girov, icarə və digər servitutlar) möcudluğu haqqqında məlumatlar.

 

       2. Bağ evlərinin qiymətləndirilməsi;

       Bağ evlərinin müstəqil qiymətlədirilməsi əsasən aşağıdakı məqsədlər üçün yerinə yetirilir:

      · Girov yaxud kredit üçün;

      · Sığorta üçün;

      · Miras kimi;

      · Təbii kataklizmarla əlaqədar yaranmış zərərin qiymətləndirilməsi məqsədi ilə;

      · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün.

     Bağ evlərinin dəyərinə müxtəlif amillər təsir göstərir. “ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin mütəxəssisləri yaşayış təyinatlı daşınmaz əmlakın bütün növlərinin qiymətləndirilməsi zamanı bu amilləri uçota alırlar. Həmin amillər arasında aşağıdakılar xüsusi təsir gücünə malikdirlər:

      · Mərkəzdən uzaqlıq;

      · Coğrafi yerləşmə və bağın yaxın ətrafı;

      · Avtomagistraldan uzaqlıq;

      · İnfrastrukturun olub- olmaması;

      · Çaya, meşəyə yaxınlıq;

      · Ekoloji vəziyyət və s.

     Bağ evinin real qiymətləndirilməsi üçün qiymətləndiricilərə aşağıdakı sənədlər siyahısı zəruridir:

        1. Qiymətləndiricilərin bağ evinə hüquqları təsdiq edən sənədlər;

        2. Bağ evinin yerləşdiyi torpaq sahəsinin planı;

        3. Bağ evinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi;

        4. Bağ evinin yerləşdiyi torpağın icarə haqqının/torpaq vergisinin dərəcəsi.

 

        3. Fərdi yaşayış evlərinin qiymətləndirilməsi;

        Fərdi yaşayış evlərinin müstəqil qiymətləndirilməsi aşağıdakı sahələrdə əməliyyatların həyata keçirilməsini nəzərdə tutur:

       · Evin miras kimi qiymətləndirilməsi üçün;

       · Girov yaxud kredit üçün;

       · Müəssisənin nizamnamə kapitalı daxil edilməsi üçün;

       · Yaranmış zərərin qiymətləndirilməsi məqsədilə;

       · Sığorta üçün.

 

      Fərdi yaşayış evlərinin qiymətləndirilməsi aparılması üçün zəruri sənədlərin siyahısı:

       1. Evə hüquqları təsdiq edən sənədlər;

       2. Daşınmaz Əmlakın Reyestri xidmətindən verilən hüquqi sənədlər - evin mərtəbələr üzrə planı və şərhlər;

       3. Evə bitişik sahəsinin sənədləri;

       4. Evin tərkibinə daxil olan qurğular haqqında sənədlər;

       5. Yüklülüyün olması barədə dəqiq məlumatlar;

       6. Qiymətləndirilən evin fiziki sərhədləri barədə məlumatlar;

       7. Qiymətləndirilən evin ərazisində yerləşən yardımçı tikililərin, infrasturktur obyektləri və digər yaxşılaşdırmalar haqqında dəqiq məlumatlar.

 

     4. Villaların qiymətləndirilməsi;

     Villaların müstəqil qiymətləndirilməsi kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinin daha geniş yayılmış növlərindən biridir.

    Villaların dəyərinin qiymətləndirilməsi - əsasən şox bahalı, əksər hallarda ofis kimi istifadə olunan kommersiya təyinatlı daşınmaz əmlak obyektinin dəyərinin müəyyən edilməsidir.

     Villaların qiymətləndirilməsi halında əsasən ayrıca binanın qiymətləndirilməsi yerinə yetirilir. Sözsüz ki, imarətlər ən bahalı binalardır. İmarətin əsas üstünlüyü tikinti potensialına malik ərazi ilə əhatə olunmasıdır. İmarətin alınması – kapitalın səmərəli yerləşdirilməsi və nüfuz deməkdir. İmarətin nüfüzlu statusu bütövlükdə biznesə səmərəli təsir göstərir.

     Villaların müstəqil qiymətləndirilməsi onun dəyərinə yalnız carı dövrdə və gələcəkdə təsir göstərən amilləri deyil, həm də onun tarixi əhəmiyyətliliyinin diqqətə alınmasını nəzərdə tutur.

     İmarətlərin (villaların) qiymətləndirilməsi üçün zəruri sənədlərin siyahısı:

      · Qiymətləndirmə obyektinin yerləşdiyi dəqiq ünavan da daxil olmaqla hüquqi vəziyyəti barədə məlumatlar (qeydiyyat haqqında şəhadətnamə, əmlak hüquqları);

      · İmarətin borc yaxud girov öhdəlikləri, icarədarların mövcudluğu, hüquqi sərtlər, kontraktlar, xüsusi vergi cəlb etmələri və qiymətləndirmə obeyktindən istifadə üzrə digər məhdudiyyətlərin mövcudluğu barədə məlumatlar;

      · İmarətin fiziki sərhədləri barədə məlumatlar (geodeziya planın surəti);

      · İmarətin yerləşdiyi torpaq sahəsinin vəziyyəti haqqında mılumatlar, o cümlədən torpaq sahəsinə hüquqları (mülkiyyət, icarə və s.) təsdiq edən sənədlər;

      · Qiymətləndirilən imarətin tərkibində qiymətləndirilən daşınar əmlak haqqında məlumatlar;

      · İmarətə Daşınmaz Əmlak Reyestr xidməti tərəfindən verilən texniki pasport (texniki pasportdan çıxarış, sərh, mərtəbələr üzrə plan);

      · Qiymətləndirilən imarət üzrə texniki sənədlər: tikintinin layihə - smeta sənədləri, imarətin yenidən qurulması üzrə sənədlər və şərhedici qeydlər;

      · Əgər mülkiyyətçi hüquqi şəxsdirsə imarətin balans dəyəri haqqında mühasibat arayışı.

     

           5. Qarajın, istixanaların və digər yardımçı tikililərin qiymətləndirilməsi;

           Qarajın, istixanaların və digər yardımçı tikililərin qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün aparılır:

      · Vərəsəlik;

      · Girovun rəsmiləşdiriliməsi və kredit;

      · Sığorta;

      · Təbii katoklizmlar nəticəsində dəyən zərərin qiymətləndirilməsi;

      · Müəssisənin nizamnamə kapitalına daxil edilmə və yaxud müəssisənin əsas fondlarından çıxarılma;

      · Alqı-satqı və yaxud icarə;

      · Tikilinin ləğv edilməsi;

      · Əmlakın bölünməsi;

     Qarajın, istixanaların və digər yardımçı tikililərin qiymətləndirilməsi üçün sənədlərin aşağıdakı siyahısı tələb olunur:

      · Qaraja, istixanalara və digər yardımçı tikililərə hüquqları təsdiq edən sənədlər;

      · Qarajın, istixanaların və digər yardımçı tikililərin yerləşdiyi torpaq sahəsini planı;

      · Qarajın, istixanaların və digər yardımçı tikililərin icarə müqaviləsi.

           

6. Torpaq sahələrinin qiymətləndirilməsi;

          Torpağın qiymətliliyi onun nadir xüsusiyyətləri: daşınmazlılığı, təklifin məhdudluğu, əbədiliyi, yerləşməsinin təkrar olunmazlığı ilə müəyyən edilir. Bundan əlavə torpaq insanın fəaliyyətinin keyfiyyət xarakteristikalarına təsir göstərmək qabiliyyətinə malik ayrılmaz elementidir.

    Daşınmaz əmlakın qiymətləndirilməsi nəzərəyyəsində daşınmaz əmlakın fiziki aktiv kimi seçilməsi üçün “torpaq sahəsi” anlayışından istifadə olunur. Torpaq sahəsi – üzərində və altında olan daşınmaz əmlakla birgə yerüstü sahədir. Qeyri-məşğul torpağın, eləcə də yaxşılaşdırmaları olan torpağın qiymətləndirilməsi iqtisadi anlayışdır.            

     Torpaq sahələrinin aşağıdakı növləri fərqləndirilir:    

       · Bağ sahələri və bostanlar;           

       · Kənd təsərrüfatı torpaqları;         

       · Sənaye torpaqları və kommersiya imkanlı torpaq shələri;       

     “ƏMLAK EKSPERT MƏRKƏZİ” qiymətləndirmə şirkətinin mütəxəssisləri torpaq sahəsinin dəyərinin vaxtında qiymətləndirilməsini təklif edirlər.Torpağın qiymətləndirilməsi ilk növbədə aşağıdakı hallarda həyata keçirilir:          

       · Miras məqsədilə;        

       · Girov yaxud kredit üçün;          

       · Sığorta üçün;              

       · Təbii hadisələrlə əlaqədar yaranmış zərərin qiymətləndirilməsi məqsədi ilə;   

       · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün.

   Torpaq sahəsinin qiymətləndirilməsi – respublikada çox tələb duyulan xidmətdir.

   Torpaq sahəsinin real qiymətləndirilməsi üçün fiziki və hüquqi şəxslərdən sənədlərin müəyyən siyahısı tələb olunur:           

         1. Qiymətləndirilən torpaq sahəsinə hüquqları müəyyən edən sənədlər;       

         2. Qiymətləndirilən torpaq sahəsinin planı;          

         3. Torpaq sahəsinin alqı-satqısı, icarə müqaviləsi (əgər varsa);       

         4. İcarə haqqının dərəcəsi;       

         5. Sahənin mülkiyyətçisinin qiymətləndirilən torpaq sahəsindən istifadə hüququnu təsdiq edən sənədlər ( mülkiyyət hüququ, icarə hüququ və s.);    

         6. Qiymətləndirilən torpaq sahəsinin dəqiq sərhədləri barədə məlumatlar (eləcə də torpaq sahəsi kartının yaxud geodeziya planının surəti);  

         7. Mövcud yüklülük – borc yaxud girov öhdəlikləri, hüquqi şərtlər, kontraktlar, razılaşmalar, vergiyə cəlbetmə və istifadəyə dair limitlərin xüsusi şətrləri barədə informasiya. 

 

       7. Xidmət obyektlərinin qiymətləndirilməsi

       Xidmət obyektlərinin qiymətləndirilməsi dedikdə qeyri-yaşayış, kommersiya təyinatlı daşınmaz əmlakın, anbar binalarının və sahələrinin, avtomobil duracaqlarının, yanacaq doldurma stansiyalarının, torpaq sahələrinin və s. dəyərinin qiymətləndirilməsini nəzərdə tutur. Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi ayrılıqda həmçinin əmlak kompleksinin yaxud fəaliyyətdə olan biznesin tərkibində aparıla bilər.

         Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün zəruridir:

     • Kreditin rəsmiləşdirilməsi yaxud qeyri-yaşayış sahələrinin girov qoyulması;

      • Alış-satış sövdələşmələrinin həyata keçirilməsi;

      • Hərracda satış üçün qeyri-yaşayış sahələrinin ilkin dəyərinin müəyyən edilməsi;

      • Sığorta məbləğinin müəyyən edilməsi;

      • İcarə haqqı dərəcəsinin hesablanması;

      • Qeyri-yaşayış sahəsinin hüquqi şəxsin nizamnamə fondunun daxil edilməsi;

      • Əmlakın balansa götürülməsi;

      • Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi;

     Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın müstəqil qiymətləndirilməsi üçün aşağıdakı sənədlər zəruridir:

       1. Hüquqları təsdiq edən sənədlər (əgər varsa);

       2. Qeyri-yaşayış təyinatlı sahəyə sahiblik hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamə;

       3. Qeyri-yaşayış təyinatlı sahəyə sahiblik hüququnun yarandığı razılaşma(müqavilə);

       4. İcarə və investisiya kontraktları;

       5. İnventarlaşdırma sənədləri (əgər varsa);

       6. Qeyri-yaşatış təyinatlı binanın yerləşdiyi torpaq sahəsinin kadastr sənədləri;

       7. Qiymətləndirilən qeyri-yaşayış təyinatlı bina üçün Daşınmaz Əmlakın Reyestr xidmətindən arayışlar.

     Qiymətləndirmə üçün zəruri informasiya siyahısı qiymətləndirilən əmlakın tərkibinin dərindən təhlili və qiymətləndirmənin məqsədlərinin müəyyən olunmasından sonra tərtib edilir.

     “ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin əməkdaşları - hər bir müstəqil ekspert qiymətləndirilməni ekspert işlərinin həyata keçirilməsini və qiymətləndirmə haqqında hesabatın tərtibini Milli Qiymətləndirmə Standartlarına və BQS3 standartına uyğun olaraq həyata keçirir.

   

      8. Kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi

      Kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi – müvafiq sahədə yaranan ən mürəkkəb məsələlərin həllində milli və beynəlxalq qiymətləndrmə standartlarınln əlaqələndirilməsidir

     Kommersiya təyinatlı daşınmaz əmlakın müsətiqil qiymətləndirilməsi – irimiqyaslı qiymətləndirmə işlərinin yerinə yetirilməsində mühüm əhəmiyyətə malikdir.O aşağıdakı məqsədlərə xidmət edir:

      • Girovun rəsmiləşdirilməsi, eləcə də kredit üçün kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi;

      • Sığortanın yaxud sığorta ödənişlərinin rəsmləşdirilməsi üçün kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi;

      • Müəssisənin nizamnamə kapitalına daxil edilmə yaxid oradan çıxarılmaq, eləcə də kommersiya əməliyyatalrının yerinə yetirilməsi üçün kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi.

     Kommersiya təyinatlı daşınmaz əmlakın əsas obyektləri:

      a) Anbar binaları.

      b) İstehsal binaları;  

      c) Mağaza və ticarət sahələrinin qiymətləndirilməsi

      d) Ofis binaları;

      e) Binalar və qurğular;

                                                         

          a)  Anbarın və anbar binalarının qiymətləndirilməsi

          “ƏMLAK EKSPERT MƏRKƏZİ anbar və anbar binalarının, avadanlıq, nəqliyyat vasitələri, xüsusi texnika və s. kimi daşınmaz əmlakın birlikdə qiymətləndirilməsini həyata keçirir. Bundan əlavə anbarların ayrılıqda, eləcə də anbar kompleksləri şəkilində qiymətləndirilməsi aparılır.

     Anbar və anbar binalarının müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün yerinə yetirilir:

        • Girov yaxud kredit üçün;

        • Sığorta üçün;

        • Müəssisənin nizamnamə kapitalı daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün.

        • Subasmalar və digər hadisələr nəticəsində yaranmış zərərin qiymətləndirilməsi məqsəsi ilə;

        • Anbarın və anbar binalarının miras üçün qiymətləndirilməsi.

     Anbarın və anbar binalarının qiymətləndirilməsində əsas məsələ binanın tipinin tikilməsi tarixinin, hüquqi sənədlərin düzgün tərtibinin, anbarın mühəndis qurğularının və təchizatının, soyutma sisteminin, enerji təchizatının mühafizəsinin, yerləşməsinin və nəqliyyata uyğunluğunun aşkar olunmasıdır.

     Anbar binalarının səriştəli qiymətləndirilməsinin yerinə yetirilməsi üçün sənədlərin aşağıdakı siyahısı tələb olunur:

        • Qiymətləndirmə obyektinə hüquqları (mülkiyyət, icarə və s.) təsdiq edən sənədlər;

        • Anbarın yerləşdiyi binanın mərtəbəli planı üzrə Daşınmaz Əmlakın Reyest xidmətinin sənədləri;

        • Anbar binasının yerləşdiyi torpaq sahəsinin sənədləri;

        • Obyektin tərkibinə daxil olan qurğular barədə məlumatlar;

        • Obyektə yüklülüyün olması barədə rəsmi məlumatlar;

        • Obyektin fiziki sərhədləri barədə məlumatlar (geodeziya planının surəti);

        • Anbar binasının tərkibində qiymətləndirilən daşınnar əmlak barədə məlumatlar.

 

          b) İstehsal binasının qiymətləndirilməsi

           İstehsal binaları bazarı kommersiya daşınmaz əmlakının dinamik inkişaf edən sektorudur. İstehsal binası müəssisənin istehsal funksiyalarını təmin edən ayrıca binadır. “ƏMLAK EKSPERT MƏRKƏZİ” Qiymətləndirmə şirkətinin qiymətləndiriciləri istehsal binalarının qiymətləndirilməsi sahəsində xidmətlərini təklif edirlər.

     İstehsal binasının qiymətləndirilməsinə ayrıca əmlak obyektinin qiymətləndirilməsi həmçinin mövcud avadanlıqlar, nəqliyyat vasitələri və s. ilə birlikdə kompleks qiymətləndirmə kimi baxılır.

  İstehsal binasının müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün yerinə yetirilir:

     • Növbəti alış-satış sövdələşmələri;

      • Bazar icarə dərəcəsinin müəyyən edilməsi;

      • Şirkətin balansına qəbul;

      • Bankdan kreditin alınması və girovun təmin edilməsi;

      • Məhkəmə prosesi;

      • Əmlaka sahiblik üzrə vergilərin azaldılması üçün əmlakın yenidən qiymətləndirilməsi;

      • Struktur yenidənqurma;

      • Sığorta;

      • İdarəetmə qərarlarının qəbulu;

      • İnvestisiya planlaşdırılması;

      • İstehsal binasının nizamnamə kapitalına daxil edilməsi;

      • İstehsal binasına dəyən zərərin qiymətləndirilməsi;

      • İstehsal daşınmaz əmlakının ləğvetmə dəyərinin qiymətləndirilməsi, və s.

         İstehsal binasının qiymətləndirilməsi üçün sənədlər:

      1. Hüquqları təsdiq edən sənədlər;

      2. İstehsal binasına sahiblik hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamə;

      3. İstehsal binasına sahiblik hüququnun yarandığı razılaşma(müqavilə);

      4. İcarə və investisiya kontraktları;

      5. İnventarlaşdırma sənədləri (əgər varsa);

      6. İstehsal binasının yerləşdiyi torpaq sahəsinin kadastr sənədləri;

      7. İstehsal binası üçün Daşınmaz Əmlakın Reyestr xidmətindən arayışlar.

                                                          

             c) Mağaza və ticarət sahələrinin qiymətləndirilməsi

            Mağazaların və ticarət sahələrinin müstəqil qiymətlədirilməsi olduqca aktual və tələb olunan xidmətdir. Bununla əlaqədar olaraq, “ƏMLAK EKSPERT MƏRKƏZİ” -nin qiymətləndiriciləri bu sahədə sizə yüksək keyfiyyətli və operativ xidmətlər təklif edirlər.

     Mağazaların və ticarət sahələrinin qiymətləndirilməsi zəruridir :

      •Mağazanın, müəssisənin özəlləşdirilməsi üçün;

      •Səhmlərin emissiyasının həyata keçirilməsi üçün;

      •Alış-satış əməliyyatlarının aparılması üçün;

      •Müəssisənin yenidən təşkili və yaxud yenidən ləğv edilməsi üçün;

      •İdarəetmə orqanlarının məqsədyönlüyünün qiymətləndirilməsi üçün;

     “ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin mütəxəssisləri mağazaların qiymətləndirilməsi zamanı aşağıdakı amilləri uçota alırlar:

      •Nəqliyyat maqistrallarına yaxınlıq;

      •Ticarət rayonunda tikililərin sıxlığı;

      •Obyektin potensial alıcıları cəlb etmək üzrə imici;

      •Rəqib müəssisələrinin, xüsusən iri mağazaların mövcudluğu (yaxud olmaması);

      •Ticarət sahəsinin yerləşdiyi yer;

      •Yaşayış evi, əlavə tikili yaxud ayrıca bina;

      •Yaxınlıqda avtomobillər üçün duracaqların və digər yaxşılaşdırılmanın mövcuduğu;

      •Binanın komunikasiyalarının və ticarət avadanlığının vəziyyəti;

      •Anbar və xidməti sahələrin, soyuducu qurğuların olub-olmaması;

      •Həmcins əmtəə və xidmətlərlə ticarətin yeni üsullarının yaradılması perspektivləri və s.

     Mağazaların və ticarət sahələrinin qiymətləndirilməsi üçün sənədlərin aşağıdakı siyahısı zəruridir:

      1. Ticarət daşınmaz əmlakının alqı-satqı müqaviləsi;

      2. Qiymətləndirilən mağazanın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi, mülkiyyət haqqında şəhadətnamə;

      3. Qiymətləndirilən binanın/sahənin texniki pasportu;

      4. Ticarət sahələrinin balans dəyəri (hüquqi səxslər üçün);

      5. Qiymətləndirilən ticarət sahəsinə düşən orta illik əməliyyat xərcləri haqqında arayış (əgər varsa);

      6. Mağazanın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə illik ödəniş haqqında arayış;

      7. Əmlak vergisi haqqında bəyannamə (əgər varsa);

      8. Ticarət sahələrinin icarə müqaviləsi (əgər varsa);

      9. Mağaza obyektinin, ticarət sahəsinin sığorta müqaviləsi (əgər varsa).

                  

          d) Ofis binalarının qiymətləndirilməsi

          Hər bir şirkət və yaxud firma ofis seçərkən yerləşdiyi yerin rahatlığını və rayonun görkəmini uçota alır. İstənilən biznesin yaxud müəssisənin inkişafı ofis binasının düzgün seçilməsindən başlayır. Ona görə də ofis binalarının düzgün qiymətləndirilməsi zəruridir.

     Ofis binalarının qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün həyata keçirilir:

      • Növbəti alış-satış sövdələşmələri;

      • Şirkətin balansına qəbul;

      • Bankdan kreditin alınması və girovun təmin edilməsi;

       • Sığorta;

      • İnvestisiya planlaşdırılması;

      • Məhkəmə prosesi;

      • İdarəetmə qərarlarının qəbulu;

      • Nizamnamə kapitalına daxil edilmək;

      • Ofisə dəyən zərərin qiymətləndirilməsi;

      • Ofis əmlakının ləğvetmə dəyərinin qiymətləndirilməsi;

      • Ofis sahəsinin icarə dəyərinin qiymətləndirilməsi.

     Ofis binalarının qiymətləndirilməsi üçün sənədlərin aşağıdakı siyahısı zəruridir:

      1. Qiymətləndirmə obyektinə hüquqları (mülkiyyət, icarə və s.) təsdiq edən sənədlər;

      2. Ofisin yerləşdiyi binanın mərtəbəli planı üzrə Daşınmaz Əmlakın Reyest xidmətinin sənədləri;

      3. Ofis binasının yerləşdiyi torpaq sahəsinin sənədləri;

      4. Obyektin tərkibinə daxil olan qurğular barədə məlumatlar;

      5. Obyektə yüklülüyün olması barədə rəsmi məlumatlar;

      6. Obyektin fiziki sərhədləri barədə məlumatlar (geodeziya planın surəti);

      7. Ofisin binasının tərkibində qiymətləndirilən daşınar əmlak barədə məlumatlar.

  Avtoduracaqların, yanacaq doldurma stansiyalarının qiymətləndirilməsi və s.

AZN məzənnəsi
1 RUB  0.0285
1 EUR  1.8999
1 USD  1.7022
Development by Yusif