Qiymətləndirmə Monitorinq Konsaltinq
20 Avqust, 2017, 00:24
İntelektual mülkiyyət

“ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin qiymətləndirmə sahəsində göstərdiyi xidmət növlərindən biri də intellektual mülkiyyətin qiymətləndirilməsidir.


       İntellektual mülkiyyətin (əqli mülkiyyət, müəliflik hüququnun obyektləri) dəyərinin müəyyən edilməsi aşağıdakı məqsədlər üçün aparılır:

-         Xüsusi razılığın verilməsində şərtlərin müəyyən edilməsi zamanı;

-         Françayzinq və patent hüququnun verilməsi zamanı;

-         İntellektual mülkiyyətin alqı-satqısı zamanı;

-         Məhkəmə ehtiyyacları üçün;

-         Xarici maliyyələşmənin cəlb edilməsi zamanı.

Qiymətləndirilmə Azərbaycan Respublikasının "Qiymətləndirmə haqqında" Qanununa və qiymətləndirmə standartlarına əsasən həyata keçirilir.

İntellektual mülkiyyətin qiymətləndirilməsinə dair sifarişin icrası zamanı mütəxəssislərimiz aşağıdakıları həyata keçirirlər:

-         Qiymətləndirmə obyektinə dair məlumatların toplanılması və analizi;

-         İntellektual mülkiyyətin qiymətləndirilməsi üçün tətbiq olunacaq yanaşma və metodların seçilməsi;

-         Məhsul və/və ya xidmətin bazarının analizi;

-         Məhsul və/və ya xidmətə olan tələb və təklifin analizi;

-         İntellektual mülkiyyətin dəyərinin müəyyən edilməsi;

-         İntellektual mülkiyyətin dəyərinə dair yekun rəyin hazırlanması.

İntellektual mülkiyyətin qiymətləndirilməsinə dair rəydə aşağıdakılar öz əksini tapır:

-         Əqli mülkiyyətin təsviri;

-         Analoji və uygun əqli mülkiyyət bazarının analizi;

-         Qiymətləndirilmədə tətbiq olunmuş metodun təsviri;

-         Müxtəlif metodlardan istifadə etməklə mülkiyyətin dəyərinin hesablanması;

-         Mülkiyyətin dəyərinə dair yekun rəy.

 

 

AZN məzənnəsi
1 RUB  0.0287
1 EUR  1.9963
1 USD  1.7008
Development by Yusif