Qiymətləndirmə Monitorinq Konsaltinq
24 İyun, 2017, Şənbə 14:21
Sığorta ekspertizası

“ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin qiymətləndirmə sahəsində göstərdiyi xidmət növlərindən biri də sığorta ekspertizasıdır

.

Hal-hazırda bu xidmət növü sığorta bazarında kifayət qədər aktualdır. Bir çox yerli sığorta şirkətləri sığorta ekspertizası üzrə xidmətlərini təklif edən müstəqil şirkətlərlə əməkdaşlıq edir. Sığorta ekspertizası fəaliyyətini həyata keçirən şirkətlər yalnız bir istiqamətdə (yəni sığorta şirkətlərinə) xidmətlər göstərməyərək, həm də sığorta olunmuş hüquqi və fiziki şəxslərin hüquqlarının müdafiəçisi qismində də çıxış edirlər. 

“Əmlak Ekspert Mərkəzi” sığorta ekspertizası xidmətləri göstərərkən qarant rolunda çıxış edir ki, bu da  zərərlərin tənzimlənməsinə, sığorta hadisəsi faktının müəyyən edilməsinə, sığorta olunmuş obyekt üzrə zərərin həcminin və dərəcəsinin müəyyən edilməsinə   obyektiv yanaşmanı təmin edir. 

Bu sahədə də şirkətimiz böyük təcrübə toplamış sığorta şirkətlərinə, eyni zamanda digər iqtisadi subyektlərə  sığorta ekspertizası xidmətləri göstərir. Şirkət qısa müddət ərzində bu sahədə onlarla iş həyata keçirmişdir ki, əksər hallarda da sığorta hadisəsi üzrə faktların müəyyən edilməsi üzrə tövsiyyə və hesabatların nəticələrindən sifarişçilər razı qalmışdır.  

 Qiymətləndirmə sahəsində aşağıdakı sığorta növləri üzrə sığorta ekspertizasını həyata keçirmək mümkündür:

 • Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması;

 • Yüklərin sığortası;

 • Nəqliyyat vasitələrinin sığortası (KASKO);

 • Oğurluq hallarından sığorta;

 • Aqrar sahədə sığorta;

 • İstixanaların sığortası;

 • Digər sığorta növləri.

 

AZN məzənnəsi
1 RUB  0.0285
1 EUR  1.8999
1 USD  1.7022
Development by Yusif