Qiymətləndirmə Monitorinq Konsaltinq
23 Yanvar, 2017, Bazar ertəsi 20:47
Rəhbərlik

Osmanlı Ramil İsgəndər oğlu

 1976-cı ildə İsmayıllı rayonunda anadan olmuşdur.

1994-2003-cü illərdə Azərbaycan Kooperasiya Kolleci, Bakı Asiya Universitetində təhsil alıb.

1998-2006-cı illərdə Azərbaycan mətbuatında müxtəlif mətbu orqan və agentliklərdə müxbir, redaktor və baş redaktorun müavini vəzifələrində çalışıb.
2008-2014-cü illərdə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyində icraçı-direktor vəzifəsində çalışıb.

2014-cü ilin avqust ayından “Əmlak Ekspert Mərkəzi”nin direktoru vəzifəsində çalışır.

 

 

 

 

Talıbzadə Rövşən Erazim oğlu

 1979-cu ildə Bakı şəhərində anadan olub.

1996-2010-cu illərdə Türkiyə Doqquz Eylül Universiteti, Bakı Dövlət Universitetində təhsil alıb, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakultəsində distant təhsil alır.

2005-2007-cı illərdə “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası”nda layihə koordinatoru işləyib.

2007-2014-cü illərdə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyində informasiya təminatçısı, ekspert –qiymətləndirici vəzifəsində çalışıb. 

2014-cü ildən “Əmlak Ekspert Mərkəzi”ndə icraçı direktor vəzifəsində çalışır.

 

 

Tahirov Yaşar İlyas oğlu

 1957-ci ildə Goranboy rayonunda anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.

1984-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğu sistemində müxtəlif vəzifələrdə -  Bakı şəhər, Şəki, Göyçay rayon prokurorluqlarının baş müstəntiqi, Azərbaycan Respublikası Baş Prokurorluğu daxili işlər orqanlarında qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində işləmişdir. 2006-2013-cü illərdə “Azərsun Holding” şirkətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2014-cü ildən “Əmlak Ekspert Mərkəzi”nin Hüquq departamentinin müdiri vəzifəsində fəaliyyət göstərir.

AZN məzənnəsi
Development by Yusif