Qiymətləndirmə Monitorinq Konsaltinq
17 Aprel, 2025, Cümə axşamı
Xəbərlər
Bugünkü hərracda neçə dövlət əmlakı özəlləşdirilib?
Noy 27 , 2018 - 05:03

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac reallaşıb.

Komitədən bu dəfə hərraca çıxarılan dövlət əmlaklarından 14-ü sifarişçilərin marağına səbəb olub.

 

Hərraclara çıxarılan qeyri-yaşayış sahələri Bakı, Daşkəsən, Şirvan və Mingəçevir şəhərlərində yerləşir.

Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki qeyri-yaşayış sahəsinin hərracında 2 sifarişçinin iştirakı bu obyektin ilkin hərrac qiymətinin 6dəfəyə yaxın yüksəlməsinə səbəb oldu. Belə ki, rəqabətli keçən prosesdə satış qiyməti 1350 manat olan obyekt üçün iştirakçı 8 min manat təklif edərək hərracın qalibi oldu. Özəlləşdirilən və xidmət fəaliyyəti üçün əlverişli olan obyektlərdən biri də Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 ünvanında yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 154,2 kv.m-dir. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və budəfəki hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 18 kv.m və 46,3 kv.m-dir.

Kiçik dövlət müəssisə və obyektləri üzrə sifariş verilmiş əmlaklar Şamaxı, İsmayıllı, Siyəzən və Goranboy kimi şəhər və rayonlardadır. Özəlləşdirilən dövlət müəssisələrindən olan qeyri-yaşayış binası İsmayıllı rayonu, Mican kəndində yerləşir. Adıçəkilən obyektin ümumi faydalı sahəsi 128,7 kv.m, birgə özəlləşdirildiyi torpaq sahəsi isə 790 kv.m-dir. Buraxılış tarixləri 1985-2007-ci illər olan nəqliyyat vasitələri “Tofaş” və “Qaz” markalarına aiddir. Bu avtomobillərin hərracdakı son satış qiymətləri 400 manat ilə 20 min manat arasındadır.

AZN məzənnəsi
1 EUR  1.8522
1 USD  1.7
1 RUB  0.0248
Development by Coresoft